İT sorğular üzrə koordinator

Bakı
Tam ştat
17
0
Çağrı mərkəzi operatoru
1 ildən aşağı
400 - 600 ₼
Öhdəliklər
- Müştərilər tərəfindən ünvanlanan texniki müraciətlərin qəbul edilərək sistemdə qeydiyyatdan keçirilməsi;

- Daxil olan sorğuların təhlil olunması, onların kateqoriyalaşdırılması və prioritetlik dərəcəsinin təyin edilməsi;

- Təlimatlar, prosedurlar və mövcud bilik bazasından yararlanaraq müştərilərə ilkin texniki dəstəyin göstərilməsi;

- Müştərilərlə şifahi və yazılı formada kommunikasiyanın qurulması;

- Həlli mümkün olmayan problemlərin müvafiq məlumatlarla birlikdə Help Desk şöbəsinə ötürülməsi;

- Müraciətlərin icra prosesinə nəzarət edilməsi və müştərilərin mütəmadi olaraq yeniliklərdən xəbərdar edilməsi;

- Mütəmadi təkrarlanan texniki problemlər üzrə bilik bazasının zənginləşdirilməsində iştirak etmək;

- Həyata keçirilən tapşırıqların və daxil olan müraciətlərin sənədləşdirilməsinin təmin edilməsi;

- Xidmət keyfiyyəti standartlarına və müəyyən edilmiş SLA müddətlərinə riayət edərək fəaliyyət göstərmək.
Tələblər
- Yalnız xanım namizədlər dəyərləndirilir;
- Çağrı mərkəzi və ya müştəri xidmətləri sahəsində minimum 6 ay təcrübə;
- Jira, GLPI, Freshdesk və bənzəri bilet sistemi (ticketing) proqramları ilə işləmək bacarığı;
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya müvafiq sahələr üzrə ali təhsil;
- İT üzrə ixtisaslaşmış kurs sertifikatları;
- Kompüter avadanlıqları və əməliyyat sistemləri (xüsusilə Windows) haqqında baza bilikləri;
- Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
- İnternet texnologiyaları və kompüter sistemləri üzrə ümumi anlayış;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət;
- İngilis dilində texniki sənədləri oxuyub başa düşmək bacarığı;
- Texniki təlimatları operativ tətbiq etmək və sənədlərlə işləmək vərdişləri;
- Analitik düşüncə tərzi və problemlərin həllində düzgün istiqamətləndirmə bacarığı;
- İş prosesində yüksək məsuliyyət və diqqətcillik;
- Komandada səmərəli əməkdaşlıq və müştəriyönümlü yanaşma;
- Operativ qərarvermə və vaxtın səmərəli idarə edilməsi;
- Daimi öyrənməyə və peşəkar inkişafa yüksək həvəs.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
SVG
SVG
SVG