İş yeri: Bakı şəhəri (restoranlar şəbəkəsi üzrə mütəmadi ezamiyyətlərlə)
PJA MMC xidmət sahəsində beynəlxalq standartlara cavab verən və yüksək keyfiyyətli xidməti ilə seçilən bir neçə məşhur franşiza brendinin idarəedici şirkətidir. Korporativ idarəetmə prinsiplərimizə əsasən, biz hər bir brendin özünəməxsusluğunu qorumaqla yanaşı, onlara dayanıqlı operativ dəstək, mərkəzləşdirilmiş resurslar və peşəkar idarəetmə ilə xidmət göstərir və sektorun aparıcı şirkətlərindən biri kimi fəaliyyətimizi davam etdiririk.
Müraciət prosesi:
İdarəetmə bacarıqlarınıza güvənirsinizsə, strateji düşünmə qabiliyyətinə sahibsinizsə və peşəkar inkişafı hədəfləyən bir komandada yer almaq istəyirsinizsə, CV sənədinizi
[email protected] elektron ünvanına göndərə bilərsiniz. E-poçtun mövzu hissəsində mütləq şəkildə Əməliyyat Meneceri qeyd olunması vacibdir.