Təchizat və Satınalma üzrə Mütəxəssis

Bakı
Tam ştat
14
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
500 - 1 000 ₼
İşin Təsviri
İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 1/25, Çinar Park Plaza

İş rejimi: Həftənin 6 günü, 09:00-dan 18:00-dək

Müraciət qaydası:

Qeyd olunan kriteriyalara cavab verən şəxslərdən öz CV-lərini mövzu yerinə “Təchizat və Satınalma üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri və ya 050 575 46 66 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Qeyd:

Yalnız seçilmiş, tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaq

Telefon zəngləri vasitəsilə müraciətlər qəbul edilmir

Vakansiya tələbələr və yarımştat iş axtaranlar üçün nəzərdə tutulmayıb
Öhdəliklər
Strukturlardan daxil olan sorğuların qəbul olunması, onların təhlili və təsdiq edildikdən sonra icra prosesinə nəzarət edilməsi

Tələb olunan mal, xidmət və işlərin yüksək keyfiyyət və münasib qiymətlərlə satınalınmasının təşkili

Tədarük edilən məhsulların müvafiq standartlara və texniki spesifikasiyalara uyğunluğunun yoxlanılması

Potensial təchizatçıların axtarışı, qiymətləndirilməsi və onlarla işgüzar əlaqələrin yaradılması

Bazarın və qiymətlərin davamlı olaraq təhlil edilməsi

Tədarükçülərlə müqavilələrin tərtib olunması və imzalanması prosesinin idarə edilməsi

Ödəniş əməliyyatlarının vaxtında və düzgün icrasının təmin olunması

Satınalma və tədarük prosesinə aid sənədləşmə işlərinin aparılması

Müqavilə və sifarişlərin icra statusunun daim nəzarətdə saxlanılması

Aşağıdakı kateqoriyalar üzrə yerli bazardan satınalma fəaliyyətinin yerinə yetirilməsi:

İT avadanlıqları və texniki təminat məhsulları

Təmir-tikinti sahəsi üzrə materiallar

Ofis mebeli və digər inventar növləri
Tələblər
Ali təhsil (iqtisadiyyat, logistika, menecment və ya müvafiq texniki ixtisaslar üzrə təhsilə üstünlük verilir)

Təchizat sahəsində ən azı 1 illik iş təcrübəsi

Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı (rus dilini bilmək üstünlükdür)

MS Office proqramları, xüsusilə Excel və 1C proqramında işləmək bacarığı

Analitik təfəkkür, danışıqlar aparmaq və zamanı düzgün idarə etmək qabiliyyəti

Məsuliyyətlilik, detallara diqqət yetirmək və komanda daxilində səmərəli fəaliyyət göstərmək bacarığı

Nəqliyyatın idarə edilməsi üzrə təcrübə

Operativ və düzgün yönləndirmə bacarığı

Bakı şəhərini və yollarını yüksək səviyyədə tanımaq
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Satış mütəxəssisi
Bakı
Tam ştat
Satış Mütəxəssisi
Bakı
Tam ştat
Satış mütəxəssisi
Bakı
Tam ştat
Satış mütəxəssisi
Bakı
SVG
SVG
SVG