Tapşırıqların icrası zamanı texnoloji və elektron ardıcıllığa tam riayət olunmasına, eləcə də görülən işlərin yüksək keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək
İstehsal prosesində işçi heyəti tərəfindən texnoloji və elektron dövrlərin qurulması zamanı təhlükəsizlik qaydalarına əməl olunmasını tənzimləmək
İşin gedişatı və nəticələri haqqında rəhbərliyə mütəmadi olaraq dolğun hesabatlar təqdim etmək
Texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydaları, əməyin mühafizəsi və istehsalat sanitariyası normalarına ciddi şəkildə riayət etmək
İstehsalın dayanması, iş rejimində kənarlaşmaların baş verməsi, qüsurlu məhsulun aşkarlanması, habelə təhlükəsizlik və sanitariya normalarının pozulması kimi hallarda rəhbərliyi dərhal xəbərdar etmək
Vəzifə təlimatında nəzərdə tutulmuş digər funksional öhdəlikləri yerinə yetirmək