Vakansiya haqqında məlumat:
Turkish Airlines layihəmiz üzrə müştəri xidmətləri sahəsində fəaliyyət göstərəcək müştəri təmsilçiləri axtarırıq.
Namizədlərdən minimum B2 səviyyəsində İngilis dili bilikləri tələb olunur.
Positive Call Center komandasına qoşularaq karyeranızda yeni mərhələyə yüksələ və peşəkar inkişaf imkanlarından yararlana bilərsiniz.
Müştəri təmsilçisi vəzifəsində əsas vəzifəniz daxil olan zəngləri cavablandırmaq və şirkətimizin standartlarına uyğun olaraq yüksək səviyyəli müştəri məmnuniyyətini təmin etməkdir.
İşə qəbul təlim prosesi başa çatdıqdan sonra həyata keçirilir. İşçilərin performansı aylıq olaraq qiymətləndirilir. Əsas əmək haqqı ilə yanaşı, yüksək performans göstərən əməkdaşlar üçün əlavə bonuslar nəzərdə tutulub.
Namizədlərin 19-35 yaş aralığında olması tələb olunur.
Hər rüb keçirilən performans qiymətləndirməsinin nəticələrinə əsasən, uğurlu göstəriciləri olan əməkdaşların əmək haqqında artımlar tətbiq edilir.
İş qrafiki həftədə 6 iş günü olmaqla, gündəlik 8 saat 30 dəqiqə (1 saatlıq nahar və fasilə daxil olmaqla) təşkil edir. Növbəli iş sistemi səhər, günorta, axşam və gecə saatlarını əhatə edir və həftəlik olaraq dəyişir (gecə saat 00:00-dan sonrakı növbələr üçün servis xidməti fəaliyyət göstərir). İş qrafiki qarşılıqlı razılaşma əsasında tənzimlənir.
İngilis dili bacarıqlarınızı təkmilləşdirmək, müştəri xidmətləri sahəsində peşəkar təcrübə qazanmaq və mehriban iş mühitində çalışmaq istəyirsinizsə, CV-nizi bizə göndərə, əlaqə nömrələri vasitəsilə məlumat ala, yaxud həftə içi saat 09:00-dan 18:00-a qədər Nizami küçəsi, AF Business House ünvanında yerləşən ofisimizə yaxınlaşaraq müraciət edə bilərsiniz. (+994 12 599 88 78).
Əlavə məlumatlar:
Növbəli iş qrafiki: Axşam və gecə növbələri üçün əlavə ödənişlər tətbiq olunur;
Bonus sistemi: Əmək haqqına əlavə olaraq aylıq performans bonusları;
Gəlir imkanları: Şəxsi nəticələrə görə artan əmək haqqı perspektivi;
Servis xidməti şirkət tərəfindən təşkil olunur;
Əmək məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi ilə qeydiyyat.