Anbardar

Bakı
Tam ştat
20
0
Anbardar
1 ildən 3 ilə qədər
800 ₼
İşin Təsviri
Qala qəsəbəsində yerləşən anbarımız üçün Anbardar vəzifəsinə işçi axtarırıq. İşin mahiyyəti mebel və tədbir avadanlıqlarının təlimata uyğun şəkildə saxlanılması, anbarda səliqəli yerləşdirilməsi, malların qeydiyyatı, təhvil-təslim proseslərinə nəzarət və bütün dövriyyənin müvafiq sənədlər əsasında icra edilməsindən ibarətdir.

İş qrafiki: 6 günlük iş həftəsi, 09:00 - 18:00
Əmək münasibətləri: AR Əmək Məcəlləsinə uyğun tam rəsmi qeydiyyat
Əmək haqqı: 800 AZN
İş yeri: Xəzər rayonu, Qala qəsəbəsi

Namizədə tələblər:
- Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi
- Cinsi: Bəy
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət
- 1C, Microsoft Word və Microsoft Excel proqramlarını yüksək səviyyədə bilmək
- Yaxşı fiziki hazırlıq (orta ağırlıqlı yüklərin qaldırılması üçün)
- Detallara qarşı diqqətcillik, məsuliyyət və operativlik
- Komanda daxilində səmərəli işləmək bacarığı

Tələblərə cavab verən namizədlərdən CV-lərini 0504087787 nömrəsinin WhatsApp hesabına və ya [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Öhdəliklər
Anbarda mebel, sərgi və tədbir avadanlıqlarının qəbul edilməsi, saxlanılması, uçotunun aparılması və təhvil-təslim proseslərinə nəzarət etmək.

Sifarişlərə müvafiq şəkildə avadanlıqların yığılması, komplektləşdirilməsi və təyinatı üzrə hazırlanmasını icra etmək.

Tədbirlərdə istifadə olunan stul, masa, səhnə konstruksiyaları, podium, stend, baryer və digər avadanlıqların düzgün qaydada mühafizəsinə nəzarət etmək.

Anbar inventar siyahısının mütəmadi olaraq yenilənməsini və dəqiq qeydiyyatını təmin etmək.

1C proqram təminatı vasitəsilə anbar üzrə uçotun aparılması və müvafiq hesabatların hazırlanması.

Avadanlıqların itirilməsi, zədələnməsi və ya natamam şəkildə geri qaytarılması halları barədə rəhbərliyə operativ məlumat vermək.

Anbarda daxili nizam-intizam qaydalarına və təhlükəsizlik təlimatlarına ciddi riayət etmək.

Aylıq olaraq anbar qalıqları haqqında hesabatları rəhbərliyə təqdim etmək.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Anbardar
Bakı
Tam ştat
Anbardar
Bakı
Tam ştat
Anbardar
Bakı
Tam ştat
Anbardar
Bakı
Tam ştat
Anbardar
Bakı
SVG
SVG
SVG