Marketinq və PR meneceri

Bakı
Tam ştat
10
0
Marketinq menecment
1 ildən 3 ilə qədər
600 - 2 000 ₼
İşin Təsviri
Marketinq və PR üzrə menecer

MinVolt şəhər mobilliyi və çatdırılma xidmətləri sektorunda innovativ həllər təqdim edən texnoloji müəssisədir. Fəaliyyətimiz kuryer və bizneslər üçün elektrik velosipedlərinin icarəsi, batareyaların operativ dəyişdirilməsi şəbəkəsinin idarə olunması və müasir şəhər logistikası üçün zəruri infrastrukturun qurulmasını əhatə edir.

Şirkətimizə marketinq və PR meneceri vəzifəsinə peşəkar əməkdaş axtarırıq. Seçiləcək namizəd MinVolt-un ictimai imicinin formalaşdırılmasına, sosial media kanallarının idarə olunmasına, korporativ saytın, media əlaqələrinin, reklam fəaliyyətinin, çap materiallarının və brendin bazarla kommunikasiya strategiyasının icrasına rəhbərlik edəcək.

Bu vəzifə yalnız SMM fəaliyyəti ilə məhdudlaşmır. Biz brendin mahiyyətini, hədəf auditoriyanı, kontent strategiyasını, PR alətlərini və biznesin strateji məqsədlərini dərindən analiz edə bilən, geniş dünyagörüşünə malik marketinq mütəxəssisi axtarırıq.

İş şəraiti

— Rəsmi qeydiyyat.
— Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
— İş qrafiki: Həftənin 5 günü, 09:00-dan 18:00-dək.
— Bakı şəhərinin mərkəzində yerləşən müasir ofis.
— Rahat və yaradıcı iş mühiti.
— Reklam kampaniyaları, kontent istehsalı, podratçıların idarə edilməsi və xüsusi layihələrin icrası üçün ayrılmış büdcə.
— Şirkətlə birgə inkişaf perspektivləri və gələcəkdə marketinq departamentinə rəhbərlik etmək imkanı.

Müraciət qaydası

CV-nizi və portfolio kimi öncəki iş təcrübələrinizdən nümunələri təqdim etməyiniz xahiş olunur.

Email ünvanı: [email protected]

Sosial media paylaşımları, mətnlər, reklam kampaniyaları, təqdimatlar, dərc olunmuş yazılar və ya digər yaradıcı iş nümunələri seçiminizi daha da önə çıxaracaq.
Öhdəliklər
- Marketinq, PR, SMM, brend kommunikasiyası və ya rəqəmsal sahədə peşəkar iş təcrübəsi;
- Mətn yazma qabiliyyəti yüksək olan;
- Sosial media platformalarının və kontent strategiyasının işləmə mexanizmini dərindən bilən;
- Tapşırıqları ideya mərhələsindən yekun icraya qədər müstəqil şəkildə idarə edə bilən;
- Podratçılarla effektiv iş münasibətləri qurmağı və iş prosesini nəzarətdə saxlamağı bacaran;
- Vizual estetikaya önəm verən və detallara qarşı həssas yanaşan;
- Marketinqi biznesin inkişafı üçün əsas alət kimi qiymətləndirən.

Üstünlük hesab olunacaq:

- Texnologiya, nəqliyyat, çatdırılma, pərakəndə satış və ya B2B layihələrində təcrübə;
- Media və bloqerlərlə əməkdaşlıq bacarığı;
- Reklam kampaniyalarının idarə olunması sahəsində biliklər;
- Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Marketinq meneceri
Bakı
Tam ştat
Marketinq meneceri
Dubay
Tam ştat
Marketinq meneceri
Bakı
Tam ştat
Marketinq mütəxəssisi
Bakı
Tam ştat
Marketinq mütəxəssisi
Bərdə
SVG
SVG
SVG