Marketinq və PR üzrə menecer
MinVolt şəhər mobilliyi və çatdırılma xidmətləri sektorunda innovativ həllər təqdim edən texnoloji müəssisədir. Fəaliyyətimiz kuryer və bizneslər üçün elektrik velosipedlərinin icarəsi, batareyaların operativ dəyişdirilməsi şəbəkəsinin idarə olunması və müasir şəhər logistikası üçün zəruri infrastrukturun qurulmasını əhatə edir.
Şirkətimizə marketinq və PR meneceri vəzifəsinə peşəkar əməkdaş axtarırıq. Seçiləcək namizəd MinVolt-un ictimai imicinin formalaşdırılmasına, sosial media kanallarının idarə olunmasına, korporativ saytın, media əlaqələrinin, reklam fəaliyyətinin, çap materiallarının və brendin bazarla kommunikasiya strategiyasının icrasına rəhbərlik edəcək.
Bu vəzifə yalnız SMM fəaliyyəti ilə məhdudlaşmır. Biz brendin mahiyyətini, hədəf auditoriyanı, kontent strategiyasını, PR alətlərini və biznesin strateji məqsədlərini dərindən analiz edə bilən, geniş dünyagörüşünə malik marketinq mütəxəssisi axtarırıq.
İş şəraiti
— Rəsmi qeydiyyat.
— Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
— İş qrafiki: Həftənin 5 günü, 09:00-dan 18:00-dək.
— Bakı şəhərinin mərkəzində yerləşən müasir ofis.
— Rahat və yaradıcı iş mühiti.
— Reklam kampaniyaları, kontent istehsalı, podratçıların idarə edilməsi və xüsusi layihələrin icrası üçün ayrılmış büdcə.
— Şirkətlə birgə inkişaf perspektivləri və gələcəkdə marketinq departamentinə rəhbərlik etmək imkanı.
Müraciət qaydası
CV-nizi və portfolio kimi öncəki iş təcrübələrinizdən nümunələri təqdim etməyiniz xahiş olunur.
Email ünvanı:
[email protected]
Sosial media paylaşımları, mətnlər, reklam kampaniyaları, təqdimatlar, dərc olunmuş yazılar və ya digər yaradıcı iş nümunələri seçiminizi daha da önə çıxaracaq.