Welhome daşınmaz əmlak agentliyi rieltor vakansiyasını elan edir.
Axtarılan namizədlər satış və ya icarə şöbələrində fəaliyyət göstərəcəklər.
Namizədlərdən məsuliyyətli, məqsədyönlü yanaşma, korporativ standartlara uyğun müştəri xidməti təcrübəsi, səlis nitq qabiliyyəti, səliqəli xarici görünüş və nəticəyönümlü iş tərzi tələb olunur.
Əmək haqqı sistemi satışdan əldə olunan gəlirin 50%-i nisbətində hesablanır. Aylıq orta qazanc 2 000 AZN və daha artıq ola bilər.
Ofisimiz Ağ Şəhər, Raffle Business Center-də yerləşir.
İş şəraiti və üstünlüklər:
- Kompüter və korporativ nömrə ilə təminat.
- İş qrafiki: Bazar ertəsi – Cümə, 10:00-dan 18:00-dək.
- Rahat ofis mühiti, peşəkar komanda və geniş məlumat bazası ilə səmərəli iş planlaması və uğurlu iş prosesi.
- Gəlir səviyyəsində tavan yoxdur.
Qeyd: Yalnız daşınmaz əmlak sahəsində təcrübəsi olan namizədlərin müraciətləri nəzərə alınacaq. Digər sahələrdən gələn CV-lərə baxılmır. İşə qəbul yalnız CV əsasında aparılır, zəng vasitəsilə müraciətlər qəbul edilmir.