Vakansiya: Filial Müdiri (Daşınmaz Əmlak Sektoru)
Daşınmaz əmlak sahəsində ixtisaslaşan şirkətimizdə Filial Müdiri vəzifəsi üzrə vakansiya elan edirik.
İşə qəbul qaydası:
Namizədlər ilk 3 ay müddətində şirkətimizdə əmlak agenti qismində fəaliyyət göstərəcəklər. Bu müddət ərzində:
- Şirkətin iş prinsipləri və daxili qaydaları ilə yaxından tanışlıq;
- Şirkətin baza proqramı ilə işləmə bacarıqlarının formalaşdırılması;
- Tərəflərin bir-birini daha yaxından tanıması və əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi həyata keçirilir.
- Əmək haqqı sistemi faiz əsaslıdır (gəlir 50/50 nisbətində bölüşdürülür).
Sınaq müddətini müvəffəqiyyətlə tamamlayan şəxslər Filial Müdiri vəzifəsinə rəsmi şəkildə təyin olunacaqlar.
Öz bilik və bacarıqlarına güvənən, qeyd olunan tələblərə uyğun namizədlər bizimlə əlaqə saxlaya bilərlər.