Administrativ İşlər üzrə Mütəxəssis

Bakı
Tam ştat
54
0
İnzibati dəstək / Asistent
1 ildən 3 ilə qədər
800 - 1 000 ₼
İşin Təsviri
Şirkət: MLK Construction Group MMC

İş yeri: Bakı

İş qrafiki: Tam ştat

Vəzifə öhdəlikləri: Şirkətin cari inzibati işlərinin çevik təşkil edilməsi, korporativ sənəd dövriyyəsinin idarə olunması, rəhbərliyə inzibati dəstəyin göstərilməsi, həmçinin aktiv tender elanlarının davamlı şəkildə monitorinqi və müvafiq məlumatların layihə rəhbərinə operativ şəkildə çatdırılması.

Qeyd: Tender sahəsində təcrübə arzuolunandır, lakin mütləq tələb kimi qoyulmur. Tender prosedurları ilə bağlı zəruri biliklər və işin icra prinsipləri şirkət tərəfindən tədris olunacaq və əməkdaşa bu istiqamətdə praktiki dəstək göstəriləcək.

Təklifimiz:
AR Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
İnkişafyönümlü və peşəkar korporativ mühit;
Karyera yüksəlişi perspektivləri;
Bazar dəyərinə uyğun rəqabətli əməkhaqqı (müsahibə nəticələrinə əsasən təyin olunur).

Müraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini elektron poçt ünvanımızın mövzu hissəsinə "Administrativ İşlər üzrə Mütəxəssis" yazmaqla [email protected] adresinə göndərə bilərlər.

Yalnız vakansiya tələblərinə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Öhdəliklər
Ali təhsil dərəcəsi;

İnzibati işlər və ya ofis menecmenti sahəsində minimum 1 illik iş təcrübəsi;

Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığı (rus və ingilis dili bilikləri üstünlük hesab olunur);

Microsoft Office proqramları, xüsusilə Word və Excel üzrə peşəkar istifadəçi səviyyəsində biliklər;

Rəsmi yazışmaların aparılması və sənədlərlə işləmək təcrübəsi;

Yüksək məsuliyyət, dəqiqlik, operativlik və təşkilatçılıq qabiliyyəti.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
HR mütəxəssis
Bakı
Tam ştat
Administrative Assistant
Bakı
Tam ştat
Müdir assistenti
Bakı
Tam ştat
Təmizlik işçisi
Qəbələ
SVG
SVG
SVG