Turizm mütəxəssisi

Bakı
Tam ştat
6
0
Turizm meneceri
1 ildən 3 ilə qədər
600 - 2 500 ₼
İşin Təsviri
Vakansiya: Turizm mütəxəssisi

Şirkət haqqında

Şirkətimiz turizm istiqamətini sıfırdan təşkil edəcək, bu sahədə peşəkar addımlar atmağa hazır olan təcrübəli və nəticəyə fokuslanmış əməkdaş axtarışındadır. Hal-hazırda ofis və inzibati təminat mövcuddur. Əsas hədəfimiz turizm fəaliyyətini sistemli şəkildə qurmaq, satış kanallarını formalaşdırmaq, partnyorluq əlaqələrini inkişaf etdirmək və bu istiqaməti gəlirli bir biznes modelinə çevirməkdir.

Biz nə təklif edirik:

Hazır ofis mühiti və inzibati dəstək

Turizm istiqamətini sıfırdan formalaşdırmaq və idarə etmək şansı

Gələcəkdə şöbə müdiri və ya istiqamət rəhbəri kimi karyera yüksəlişi perspektivi

Sabit əməkhaqqı və yüksək bonus sistemi

Uzunmüddətli və peşəkar əməkdaşlıq mühiti

Qeyd: Bu vakansiya standart tur meneceri vəzifəsini nəzərdə tutmur. Bizə turizm sektorunun incəliklərinə bələd olan, sistemi müstəqil şəkildə qura bilən, satış proseslərini təşkil etməyi və bu sahəni idarə etməyi bacaran təcrübəli namizəd lazımdır.
Öhdəliklər
Turizm sektorunda real iş təcrübəsi və sahənin incəliklərinə dərindən bələdlik.

Turizm biznesinin təşkili, satış strategiyaları, rezervasiya və əməliyyat proseslərinin idarə olunması üzrə praktiki bacarıqlar.

Daxili və xarici turistik marşrutların hazırlanması və onların satışında zəngin təcrübə.

Hotel rezervasiyası, aviabilet satışı, transfer, viza dəstəyi, sığorta xidmətləri və tur paketlərinin tərtibi üzrə səriştəlilik.

İxtisaslaşmış turizm platformaları, müxtəlif rezervasiya sistemləri və tərəfdaşlarla işləmək təcrübəsi.

Satış texnikalarına, müştəri ilə effektiv ünsiyyət və danışıqlar aparmaq qabiliyyətinə sahib olmaq.

Məsuliyyətli, təşəbbüskar, nəticəyə köklənmiş və sistemli idarəetmə bacarığına malik olmaq.

Şirkət daxilində turizm fəaliyyətini müstəqil şəkildə koordinasiya etmək və idarə etmək.

Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dili bilikləri üstünlük hesab olunur.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Turizm meneceri
Bakı
Tam ştat
Tur Meneceri
Bakı
Tam ştat
Tur meneceri
Bakı
Tam ştat
Tur Meneceri
Bakı
SVG
SVG
SVG