Vəzifə öhdəlikləri:
- Mebel və elektronika bölməsində müştərilərə peşəkar səviyyədə xidmət göstərilməsi.
- Məhsulların texniki parametrləri, funksionallığı və üstün cəhətləri barədə müştərilərin dəqiq və ətraflı məlumatlandırılması.
- Müştəri tələbatlarının düzgün müəyyən edilməsi, onlara uyğun mebel modellərinin və texnoloji həllərin seçilməsində peşəkar dəstək verilməsi.
- Satışın təşkili, sifarişlərin sistemə daxil edilməsi, habelə mağazadaxili nizam-intizam qaydalarına riayət olunması.
İş şərtləri:
- İş rejimi: 6 günlük (növbəli iş qrafiki tətbiq oluna bilər).
- Əmək haqqı: Sabit maaş və satışdan əldə olunan bonuslar.
- İş yerləri: Cəlilabad, Lənkəran, Biləsuvar, Salyan, Şirvan, İmişli şəhərləri.
- AR Əmək Məcəlləsi əsasında rəsmiləşdirilmə.
Müraciət qaydası:
CV formalarınızı vakansiyanın adı və yaşadığınız şəhəri qeyd etməklə
[email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində "Satış Təmsilçisi" yazılması vacibdir.