Victory Tour şirkəti 2005-ci ildə turizm sahəsində geniş təcrübəyə malik mütəxəssislər tərəfindən otel rezervasiyası istiqaməti üzrə təsis edilmişdir. Hazırda Victory Tour korporativ və fərdi müştərilərə yüksək keyfiyyətli xidmətlər təqdim edən, Azərbaycanın turizm bazarında aparıcı şirkətlərdən biridir. Bizimlə birgə inkişaf etmək və qarşıya qoyulan hədəflərə çatmaq üçün məqsədyönlü, istedadlı və çalışqan namizədləri komandamıza dəvət edirik. Qaliblər komandasına qoşulun!
İş öhdəlikləri:
- Qrup və fərdi turların satışı, tərtibi, hesablanması və rezervasiyası
- Turoperator tərəfdaşlarla əlaqələrin qurulması və marketinq təhlili
- İnfoturlarda və təqdimatlarda iştirak
- İşgüzar yazışmaların aparılması
- Satış hesabatlarının hazırlanması
- Marketinq araşdırmaları və tur təkliflərinin hazırlanması
İş şəraiti:
- İş qrafiki: həftədə 40 saat
- İllik ödənişli məzuniyyət
- Aylıq büdcəsi olan korporativ mobil nömrə
Maraqlanan namizədlərdən CV-lərini (foto ilə)
[email protected] elektron ünvanına göndərmələri xahiş olunur.