Satış meneceri (Kişi)

Bakı
Tam ştat
17
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
500 - 600 ₼
İşin Təsviri
Vəzifə barədə məlumat:

İzolyasiya materiallarının satışı sahəsində ixtisaslaşan şirkətimiz, öz komandasında görmək üçün məsuliyyətli, təşəbbüskar və daim inkişafa meyilli Satış Mütəxəssisi vakansiyasını elan edir. İşin mahiyyəti şirkətin təqdim etdiyi məhsul və xidmətlərin tanıdılması, müştəri bazasının genişləndirilməsi, həmçinin mövcud müştərilərlə münasibətlərin davamlılığının təmin edilməsi və satış hədəflərinə çatılması üçün fəal çalışmaqdan ibarətdir.

İş şərtləri və təkliflərimiz:

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyat;
- İş rejimi: Həftə içi 09:00-18:00, şənbə günləri isə 09:00-13:00;
- Əməkhaqqı: Bilik və bacarıq səviyyəsinə uyğun olaraq 500–600 AZN + satışdan əldə edilən bonuslar;
- Peşəkar inkişaf və karyera qurmaq üçün geniş imkanlar;
- Şirkət daxilində təlim və adaptasiya prosesinin təşkili;
- Mehriban kollektiv və komfortlu iş şəraiti;
- Məzuniyyət və digər sosial hüquqların AR qanunvericiliyinə uyğun təmin olunması.
Öhdəliklər
* Yaş həddi: 21–25;
* Cins: Kişi;
* Tikinti mühəndisliyi və ya müvafiq inşaat sahəsi üzrə ali təhsil;
* Satış sahəsində iş təcrübəsi arzuolunandır (tikinti sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir);
* Yüksək ünsiyyət, təqdimat, satış və danışıqlar aparmaq bacarıqları;
* Müştəri və nəticəyönümlü yanaşma tərzi;
* Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus və ya ingilis dili bilikləri üstünlükdür;
* MS Office (Word, Excel, PowerPoint) proqramlarından istifadə bacarığı;
* Məsuliyyətli, dürüst, təşəbbüskar, operativ və komanda ilə işləmək bacarığı;
* Ezamiyyətlərə getməyə hazır olmaq üstünlük hesab olunur.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış Meneceri
Bakı
SVG
SVG
SVG