British Centre komandası öz sıralarına peşəkar və motivasiyalı İngilis Dili Müəllimi dəvət edir!
Əgər siz müasir tədris texnikalarından səmərəli istifadə edən, tələbələrin irəliləyişini prioritet hesab edən, həmçinin həm ənənəvi (oflayn), həm də rəqəmsal (onlayn) mühitdə tədris aparmağa qadirsinizsə, sizi komandamızın bir hissəsi olmağa dəvət edirik.
- İngilis dilini yüksək səviyyədə bilmək (minimum C1 dərəcəsi);
- İngilis dili müəllimi kimi müvafiq iş təcrübəsi;
- Müasir pedaqoji metodlara və kommunikativ yanaşma prinsiplərinə yiyələnmək;
- Yüksək səviyyəli ünsiyyət və təqdimat qabiliyyəti;
- Komanda daxilində işləmək bacarığı və yüksək məsuliyyət hissi;
- Zoom, Google Meet və ya Microsoft Teams platformalarında tədris prosesini təşkil etmək bacarığı.
İş yeri: British Centre, Globus Center, 12-ci mərtəbə, Cəfər Cabbarlı küç. 609, Bakı.
Müraciət üçün: CV-nizi "Ingilis dili müəllimi onlayn və ya offline" mövzu başlığı ilə
[email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.