Satış Meneceri (Beynəlxalq Logistika)
Şirkət: China2Baku Logistics & Trade
İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, Çinar Park biznes mərkəzi
Əmək haqqı: 600 AZN + satışlardan əldə olunan yüksək bonuslar
Vakansiya haqqında
China2Baku Logistics & Trade, Çin və Azərbaycan arasında logistika xidmətləri göstərən beynəlxalq bir şirkətdir. Logistika sektorunda təcrübəsi olan və satış sahəsində yüksək potensiala malik Satış Meneceri vəzifəsinə komanda üzvü axtarırıq.
Təkliflərimiz
- Rəsmi əmək qanunvericiliyinə uyğun işə qəbul;
- 600 AZN məbləğində stabil aylıq əmək haqqı;
- Satış göstəricilərinə görə hesablanan yüksək bonus sistemi;
- Şirkətdaxili karyera inkişafı perspektivləri;
- Müasir ofis şəraiti və peşəkar iş mühiti;
- Beynəlxalq logistika sahəsində təlim və təkmilləşmə imkanları.
İş rejimi
- İş günləri: Bazar ertəsi – Cümə
- İş saatları: 09:00 – 18:00
Müraciət qaydası
Namizədlərdən CV-lərini
[email protected] elektron ünvanına, mövzu hissəsində mütləq “Satış Meneceri (Logistika)” qeyd etməklə göndərmələri xahiş olunur.
Qeyd: Müraciətlər yalnız logistika sahəsində iş təcrübəsi olan şəxslər arasında dəyərləndiriləcəkdir. Çin istiqamətində beynəlxalq yükdaşımalar üzrə təcrübəyə malik namizədlərə üstünlük veriləcək.