Krep və Pankek Ustası (Bəy namizədlər üçün)
Bakı şəhərinin mərkəzində, Tarqovu ərazisində yeni fəaliyyətə başlayan kiçik kofe şopumuza şokoladlı və meyvəli krep, həmçinin pankek hazırlığı üzrə bacarıqlı əməkdaş axtarırıq.
İş rejimi:
İşə başlama saatı: 09:00
Kafenin fəaliyyətə başlama vaxtı: 12:00
İş saatları müştəri sıxlığı nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında tənzimlənəcəkdir.
Namizədə olan tələblər:
Səmimi, enerjili və işinə həvəsli olmaq;
İşində məsuliyyətli və təmizkar olmaq;
Müştəri məmnuniyyətini üstün tutmaq;
Komanda daxilində səmərəli əməkdaşlıq bacarığı.
Əməkhaqqı və üstünlüklər:
450 AZN sabit əməkhaqqı
Satışdan əldə olunan əlavə bonuslar.
Bonus sistemi satışın həcmi və müştəri məmnuniyyətinin artırılması məqsədilə tətbiq edilir, çünki bu uğur həm şirkətin, həm də işçinin birgə əməyinin nəticəsidir.
Müsahibə zamanı əlavə detallar barədə məlumat veriləcəkdir. Maraqlanan namizədlər müraciət edə bilərlər.