Ali texniki təhsil.
İxtisaslaşdırılmış kurslar və ya sertifikatların olması üstünlükdür.
Kompüterdə sərbəst işləmək bacarığı, MS Office (Word, Excel) və İnternetdən yüksək səviyyədə istifadə.
ArchiCAD, AutoCAD, Photoshop və Microsoft Office proqramlarını əla səviyyədə bilmək, 3D vizuallaşdırma (3DS Max, VRay) proqramlarını bilənlərə üstünlük verilir.
Bacarıqlar və vərdişlər
Mebel istehsalı sahəsində konstruktor kimi ən azı 2 illik iş təcrübəsi arzuolunandır.
Çertyojların hazırlanması və düzgün tərtib edilməsi, o cümlədən AutoCAD proqramında üçölçülü modelləşdirmə bacarığı.
Mebel istehsalında istifadə olunan materialların xüsusiyyətlərinə dair biliklər.
Hazırlanan konstruksiyalara qoyulan texniki tələblər haqqında məlumatlılıq.
Müasir üslubları tanımaq və onların tətbiq prinsiplərini başa düşmək.
İnkişaf etmiş fəza təfəkkürü.
Səlis şifahi və yazılı nitq qabiliyyəti.
İşə təşəbbüskarlıq, məsuliyyət və hədəfə yönümlülük.
İş saatları ərzində daimi əlaqədə olmaq.
Şəxsi keyfiyyətlər
Öyrənməyə meyllilik, təşəbbüskarlıq, yeni bilik və bacarıqlar əldə etmək həvəsi.
Məsuliyyət, icraçılıq və kommunikasiya bacarığı.
Səbirli, diqqətli və səliqəli iş yanaşması.
Optimal konstruktor qərarları qəbul edə bilmək bacarığı.