Satış mütəxəssisi (Yalnız yazışma / Faizlə)

Bakı
Yarım ştat
16
1
Marketinq menecment
Təcrübə tələb olunmur
800 - 1 300 ₼
İşin Təsviri
Azərbaycan bazarında hədəflənmiş reklam (Meta Ads) istiqamətində ixtisaslaşmış, bizneslərin satış göstəricilərini yüksəltməyə dəstək göstərən peşəkar komandayıq. Hazırda aktiv satış mütəxəssisi axtarırıq. İşin mahiyyəti potensial müştərilərdən daxil olan müraciətləri vaxtında və operativ şəkildə cavablandırmaq, həmçinin şirkətimizin xidmətlərinin satışını həyata keçirməkdən ibarətdir.
Öhdəliklər
WhatsApp və Telegram vasitəsilə daxil olan müştəri müraciətlərini operativ və peşəkar formada cavablandırmaq. Müştərilərin tələbatlarını dəqiqləşdirmək, şirkətin xidmətləri haqqında ətraflı məlumatlandırma aparmaq və satış prosesini yekunlaşdırmaq (müştəri müraciəti – cavablandırma – satış prinsipi ilə). Satışın uğurla tamamlanması üçün zəruri hallarda müştərilərlə qısa müddətli telefon danışıqları həyata keçirmək.
Tələblər
Azərbaycan dilində qüsursuz və səlis yazı qabiliyyəti (orfoqrafiya qaydalarına ciddi riayət olunması şərtdir).
Daxil olan müraciətləri operativ şəkildə və gecikdirmədən cavablandırmaq bacarığı.
Məsuliyyət, yüksək nizam-intizam və nəticə yönümlü iş yanaşması.
Tələb olunan bacarıqlar
  • facebook
  • Instagram Marketinq
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG