Lüks Satış Məsləhətçisi (Luxury Sales Consultant)
RESM Jewelry zərgərlik sənətini incəlik, yüksək estetik və mükəmməl xidmət standartları ilə təqdim edən premium brenddir. Komandamızda yalnız satış bacarığı ilə deyil, həm də RESM brendini layiqincə təmsil etmək qabiliyyəti ilə seçilən Lüks Satış Məsləhətçisi görmək istəyirik.
Əgər yüksək ünsiyyət mədəniyyətinə sahibsinizsə, estetik detallara dəyər verirsinizsə və lüks seqmentdə peşəkar yanaşmanızla fərqlənirsinizsə, sizi komandamızın bir parçası olmağa dəvət edirik.
İş şərtləri:
- İş qrafiki: 6 günlük
- İş yeri: 28 May metrostansiyası yaxınlığı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat
- İnkişafa yönəlmiş peşəkar iş mühiti
Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır.
Maraqlanan namizədlərdən öz CV-lərini
[email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.