Luxury Sales Consultant (Satış Məsləhətçisi)

Bakı
Tam ştat
21
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
600 ₼
İşin Təsviri
Lüks Satış Məsləhətçisi (Luxury Sales Consultant)

RESM Jewelry zərgərlik sənətini incəlik, yüksək estetik və mükəmməl xidmət standartları ilə təqdim edən premium brenddir. Komandamızda yalnız satış bacarığı ilə deyil, həm də RESM brendini layiqincə təmsil etmək qabiliyyəti ilə seçilən Lüks Satış Məsləhətçisi görmək istəyirik.

Əgər yüksək ünsiyyət mədəniyyətinə sahibsinizsə, estetik detallara dəyər verirsinizsə və lüks seqmentdə peşəkar yanaşmanızla fərqlənirsinizsə, sizi komandamızın bir parçası olmağa dəvət edirik.

İş şərtləri:

- İş qrafiki: 6 günlük
- İş yeri: 28 May metrostansiyası yaxınlığı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat
- İnkişafa yönəlmiş peşəkar iş mühiti

Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır.

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Öhdəliklər
Xanım namizədlər

Yaş həddi: 20–45

Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti

İngilis dili biliyinin olması üstünlük hesab olunur

Satış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi

Güclü ünsiyyət və təqdimat bacarığı

Estetik zövqə, yüksək etik davranış qaydalarına və iş mədəniyyətinə sahib olmaq

Məhsullara qarşı məsuliyyətli, diqqətli və səliqəli yanaşma

Komanda daxilində səmərəli çalışma və nəticəyə fokuslanma bacarığı
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Xırdalan
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış Məsləhətçisi
Bakı
SVG
SVG
SVG