Satış təmsilçisi

Bakı
Tam ştat
4
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
700 - 800 ₼
İşin Təsviri
FABRİORA GROUP MMC ölkəmizdə qabaqcıl texnologiyalardan istifadə edərək fəaliyyət göstərən, öz sahəsində ilklərdən olan istehsalat müəssisəsidir. Şirkət beynəlxalq keyfiyyət standartlarına əsaslanaraq PREDO və MİNİ BOSS brendləri adı altında uşaq bezləri, LA LUNA markası ilə isə mətbəx dəsmalları, tualet kağızları və müxtəlif salfetlər istehsal edir.

Qeyri-qida sektorunda satış, merçendayzinq və müştəri əlaqələrinin idarə edilməsi sahəsində təcrübəsi olan, nəticəyə fokuslanan Satış Təmsilçisi axtarırıq. Namizəd gündəlik və həftəlik satış hədəflərini vaxtında yerinə yetirməli, ödənişlərin toplanmasını təmin etməli və müştəri şəbəkəsini inkişaf etdirməlidir. Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması mütləqdir.

Vəzifə və şərtlər barədə məlumat:

Vəzifə: Satış təmsilçisi

Şirkət: FABRİORA GROUP MMC (MİNİ BOSS və LA LUNA brendləri)

İş rejimi: Həftənin 5 günü (Bazar ertəsi – Cümə, 09:00 – 18:00, ehtiyac yarandıqda 6-cı gün işləmə imkanı).

Əməkhaqqı: 600 AZN (net fiks maaş) və əlavə bonus qazanmaq şansı.

Təminatlar: Yanacaq, amortizasiya xərcləri, korporativ nömrə (internet paketi ilə), noutbuk və nahar xərcləri qarşılanır.

Müraciət qaydası:

E-poçtun mövzu bölməsində mütləq Satış təmsilçisi qeyd olunmalıdır.

CV-nizi [email protected] ünvanına göndərə və ya +994 77 223 10 11 nömrəsinin WhatsApp hesabına yönləndirə bilərsiniz.
Öhdəliklər
Şirkətin məhsul satış strategiyasının idarə edilməsi və satış prosesinin icrası;

Məhsullar haqqında mövcud və yeni müştərilərə ətraflı məlumatların çatdırılması;

Yeni satış nöqtələrinin aşkarlanması və əməkdaşlıq üçün cəlb edilməsi;

Müştərilərə məhsulun xüsusiyyətləri, üstünlükləri və keyfiyyəti barədə peşəkar təqdimatların keçirilməsi;

Müştəri bazası ilə münasibətlərin davamlı saxlanılması və tələbatın müəyyənləşdirilməsi;

Bazarın və rəqib fəaliyyətinin mütəmadi təhlil edilməsi;

Satış göstəricilərinin monitorinqi və inkişaf etdirilməsi üçün tədbirlər görülməsi;

Satış hesabatlarının vaxtında və dəqiq şəkildə (gündəlik, həftəlik, aylıq) rəhbərliyə təqdim edilməsi;

Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.

Satış Planlarının İcrası: Aylıq satış hədəflərinin gündəlik və həftəlik planlara uyğun olaraq müştərilər üzrə tam şəkildə reallaşdırılması.

Təyin Olunmuş Rayonlar üzrə İş: Xətai, Binəqədi, Nəsimi, Qaradağ və Yasamal rayonlarında aktiv satış və marşrut üzrə fəaliyyətin təmin edilməsi.

Merçendayzinq və Rəf Nəzarəti: Qeyri-qida məhsullarının rəflərdə şirkət standartlarına uyğun düzülüşünün təşkili və qiymət etiketlərinin düzgünlüyünə nəzarət edilməsi.

Maliyyə Nəzarəti: Müştərilərə çatdırılan malların ödənişlərinin zamanında və tam həcmdə toplanması.

Müştəri Münasibətləri: Mövcud müştərilərlə əməkdaşlığın gücləndirilməsi və şəbəkənin yeni satış nöqtələri hesabına genişləndirilməsi.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Satış təmsilçisi
Bakı
Tam ştat
Satış təmsilçisi
Bakı
Tam ştat
Satış təmsilçisi
Bakı
Tam ştat
Satış təmsilçisi
Bakı
Tam ştat
Satış təmsilçisi
Bakı
SVG
SVG
SVG