Satış və sosial şəbəkələr üzrə mütəxəssis
Avtomobil ayaqaltılarının istehsalı və satışı sahəsində fəaliyyət göstərən şirkətimizə yüksək ünsiyyət qabiliyyətinə malik, aktiv və satış sahəsində təcrübəli komanda üzvü axtarırıq.
İşin təsviri və şərtlər:
• İş qrafiki: 6 günlük iş həftəsi
• İş saatları: 10:00 – 19:00
• Əməkhaqqı: 700 AZN + fərdi satışlardan əldə olunan bonuslar
• Əməkhaqqı rəsmi qaydada ödənilir
• İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
• Satış göstəricilərinə əsasən əlavə gəlir əldə etmək imkanı
• Məhsul çeşidləri və satış texnikaları ilə bağlı təlimlərin keçirilməsi
Maraqlanan şəxslər özləri haqqında məlumatı və ya CV-lərini WhatsApp nömrəmizə göndərə bilərlər.