Medikal Tanıtım Nümayəndəsi
Şirkət: Orzax / BioHerbalBaku / İş yeri: Bakı
Yaş aralığı: 25 – 40 / İş rejimi: Tam ştat (sahə işi)
2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir.
Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq.
Vəzifənin məqsədi:
Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.
800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
Premiya sistemi
Yemək kartı
Benzin kartı
Geyim dəstəyi
Davamlı təlim və inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Müraciət qaydası:
[email protected] mövzu hissəsində vakansiya adı qeyd edilərək
Bu vakansiya kimlər üçün DEYİL:
“Sadəcə satış etmək istəyirəm” deyənlər
Elmi mövzulara maraqsız olanlar
Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər
Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.