Reklam və korporativ hədiyyələr, həmçinin promosyon məhsulları sahəsində fəaliyyət göstərən şirkətimizə yeni komanda üzvü axtarırıq.
Sizin əsas vəzifələriniz:
- Potensial müştərilərin tapılması və onlarla görüşlərin təşkil olunması.
- Katalogların müştərilərə yönləndirilməsi, elektron poçt ünvanının mütəmadi yoxlanılması və yazışmaların izlənilməsi.
- Təchizatçılarla danışıqların aparılması, sifarişlərin icrasına nəzarət edilməsi və ofis daxili cari tapşırıqların yerinə yetirilməsi.
İş qrafiki:
- Həftə içi: 09:30 – 18:00
- Şənbə günü: 10:00 – 16:00
Əmək haqqı: 700-800 AZN.
Ünvan: Xətai metrosu yaxınlığı, Xocalı prospekti 29.
Vakansiya ilə bağlı ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Maraqlanan namizədlər şəkilli CV-lərini
[email protected] elektron poçt ünvanına göndərməli və ya WhatsApp vasitəsilə təqdim etməlidirlər.