AGZ MMC Bakı şəhərində yerləşən və premium Avropa tikinti sistemləri və memarlıq həlləri təqdim edən şirkətdir. Şirkət GEZE, Novoferm, Hoppe, Simonswerk, RSA, Dr. Hahn, ABUS və Ultraflex Control Systems kimi aparıcı beynəlxalq istehsalçılarla əməkdaşlıq edir və müasir tikinti layihələri üçün yüksək keyfiyyətli məhsul və həllər təqdim edir.
AGZ LLC tikinti sahəsində developerlər, memarlar, dizaynerlər və podratçılarla sıx əməkdaşlıq edir. Şirkət avtomatik qapılar, fasad sistemləri, ventilyasiya və tüstü çıxarma sistemləri, yanğına davamlı qapı-pəncərələr, arakəsmələr, eləcə də qapı-pəncərə aksesuarları və digər qabaqcıl həllər təklif edir. Yerli bazarda etibarlılığı, texniki peşəkarlığı və güclü müştəri əlaqələri ilə tanınır.
Şirkətin inkişaf strategiyasına uyğun olaraq, AGZ MMC kommersiya komandasını genişləndirir və iri həcmli layihələrdə iştirak edəcək, yüksək dəyərli B2B (B2C qismən) əməkdaşlıqları inkişaf etdirəcək təcrübəli satış mütəxəssisi axtarır.
Təklif edirik:
Yüksək gəlir potensialı olan rəqabətli əməkhaqqı (sabit maaş + limitsiz bonus sistemi)
Hədəflərin aşılması üçün əlavə bonuslar
Premium Avropa brendləri və yüksək səviyyəli layihələrlə işləmək imkanı
Böyük və texniki baxımdan mürəkkəb layihələrdə iştirak
Karyera inkişafı imkanı
Peşəkar və dinamik iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 dan–18:00 dək
Ünvan: Bakı şəhəri, Salyan şossesi 14-cü km, "İpək Yolu" Gömrük Terminalı yaxınlığı
Müraciət qaydası:
CV-nizi göndərin: orkhan.a@agz.az