Yeni müştərilərin axtarışı, əlaqələrin qurulması və aktiv satışın təşkili (zəng, görüş, təqdimat)
Müştəri ehtiyaclarının müəyyən edilməsi, obyekt üzrə ilkin analiz və uyğun həllin təklif olunması
Xidmətlərin korporativ və fərdi müştərilərə təqdimatı (demo/təqdimat)
Kommersiya təkliflərinin hazırlanması, qiymət razılaşmaları və müqavilə prosesində iştirak
Görüşlərin təşkili və satış prosesinin ilkin əlaqədən müqavilə bağlanmasına qədər idarə olunması
Mövcud müştəri bazası ilə işləmək, təkrar satış və servis yönümlü təkliflərin verilməsi
Aylıq satış planının yerinə yetirilməsi və nəticələrin rəhbərliyə qısa hesabatı
Müştəri bazasının formalaşdırılması və CRM sistemində düzgün qeydiyyat/yenilənmə.