İçkilərin hazırlanması: Qəhvə avadanlığından istifadə etməklə espresso, americano, latte, kappuçino və digər çeşidli içkilərin (çay, limonad, isti şokolad) təsdiq olunmuş reseptlər əsasında hazırlanması.
Müştərilərin yüksək səviyyədə qarşılanması, onlara menyu haqqında ətraflı məlumatın verilməsi və seçim zamanı dəstək göstərilməsi.
Sifarişlərin take-away standartlarına uyğun olaraq operativ və yüksək keyfiyyətlə çatdırılması.
Ödənişlərin nağd və ya pos-terminal vasitəsilə qəbul edilməsi, habelə kassa əməliyyatlarında intizam qaydalarına ciddi riayət olunması.
İş sahəsinin, qəhvə aparatının və digər texniki avadanlıqların gün ərzində təmiz və gigiyenik vəziyyətdə saxlanılması.
Süd, qəhvə dənələri, şəkər, stəkan və digər sərfiyyat materiallarının ehtiyatına nəzarət edilməsi və çatışmazlıq yarandıqda rəhbərliyə vaxtında məlumat verilməsi.