Şef aşpaz

Bakı
Tam ştat
63
0
Aşpaz, qənnadçı
5 ildən artıq
2 000 - 2 200 ₼
İşin Təsviri
Signora Cucina İtalyan restoranı (28 May filialı) komandasına yeni əməkdaşlar axtarır.

- İş qrafiki növbəlidir.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
- Həftədə bir gün istirahət günü nəzərdə tutulub.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində ŞEF-AŞPAZ qeyd etməklə [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Öhdəliklər
- Mətbəx fəaliyyətinin düzgün təşkili və proseslərə nəzarət edilməsi.
- Müştərilərə təqdim olunan yemək və qida məhsullarının keyfiyyətinə, dadına nəzarət və yekun təsdiqin verilməsi.
- Kadrların idarə olunması: heyətin seçilməsi, vəzifələrin bölgüsü, iş tempinin tənzimlənməsi, təlimləndirilməsi və fəaliyyətlərinin qiymətləndirilməsi.
- İş qrafikinin və növbələrin planlaşdırılması.
- Heyətin tibbi müayinələrdən vaxtında keçməsinə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət.
- Resepturalara, xammalın istifadə texnologiyasına, yarımfabrikatların və hazır məhsulların istehsal keyfiyyətinə ciddi nəzarət.
- İstehsal üçün zəruri olan xammalın, yarımfabrikatların, qablaşdırma və digər köməkçi vasitələrin sifarişi və qəbulu.
- Xammalın keyfiyyətinin yoxlanılması, sərfiyyat normalarına nəzarət, qalıqların idarə olunması, tullantı faizinin və silinmə normalarının təhlili.
- Qida məhsullarının saxlanılma şəraitinə və yararlılıq müddətlərinə riayət edilməsi.
- Mətbəx avadanlıqlarının və inventarlarının texniki istismar qaydalarına uyğun istifadəsinin təmin edilməsi.
- Mal-material ehtiyatlarının idarə olunması, inventarizasiyanın keçirilməsi və nəticələr üzrə hesabatlılıq.
- Növbəli iş rejimində qəbul-təhvil proseslərinin, iş yerlərinin, avadanlıq və inventarların təmizlik, dezinfeksiya işlərinin təşkili və icrasına nəzarət.
- İstehsalat göstəricilərinin təhlili və iş keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflərin hazırlanması.
- Menyunun tərtib edilməsi.
Tələblər
İtalyan mətbəxi üzrə Baş aşpaz

Azərbaycan və rus dillərində səlis ünsiyyət bacarığı (ingilis dili bilənlərə üstünlük verilir)

Menyunun hazırlanması və təkmilləşdirilməsi

Müxtəlif reseptlər üzrə peşəkar biliklər və geniş təcrübə
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Baş Aşpaz
Bakı
Tam ştat
Chef
Bakı
Tam ştat
Aşpaz
Zəngilan
Tam ştat
Aşpaz
Bakı
Tam ştat
Aşpaz
Bakı
SVG
SVG
SVG