“Xətai-7” MMC Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi 4A ünvanında yerləşən yaşayış kompleksinin idarəetmə işlərini həyata keçirir. Şirkətimiz kompleksin gündəlik operativ idarə olunması, texniki və təsərrüfat proseslərinin təşkili, əmlakın təhlükəsiz və dayanıqlı istismarının təminatı, işçi heyətinin koordinasiyası, sakinlər ilə əlaqələrin qurulması, debitor borcların idarə edilməsi və İdarə Heyətinin tapşırıqlarının icrasına nəzarət edəcək peşəkar İcraçı direktor vəzifəsinə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi 4A (ofis).
İş rejimi: Tam ştat, əsas iş yeri.
İş qrafiki: Həftədə 6 iş günü, tam iş günü.
Xalis aylıq əmək haqqı: 1500 AZN.
Maraqlanan şəxslərdən CV-lərini
[email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.