“XƏTAİ-7” MMC çoxmənzilli yaşayış binalarının idarə edilməsi sahəsində ixtisaslaşmışdır. Şirkətin mühasibatlıq, maliyyə uçotu, kassa əməliyyatları, debitor borcların nəzarətdə saxlanılması, mülkiyyətçilər ilə hesablaşmaların aparılması, müvafiq reyestrlərin tərtibi və sənədləşmə işlərinin həyata keçirilməsi üzrə Mühasib-Xəzinədar vəzifəsinə vakansiya elan olunur.
İş ünvanı: Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi 4A.
Məşğulluq növü: Tam ştat, əsas iş yeri.
İş rejimi: Həftədə 6 iş günü, tam iş qrafiki.
Aylıq xalis əmək haqqı: 1100 AZN.
Maraqlı namizədlərdən CV sənədlərini
[email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.