Qeyd olunan vəzifə üzrə aylıq əməkhaqqı namizədin peşəkar bilikləri, bacarıqları və iş təcrübəsi nəzərə alınmaqla müsahibə prosesinin gedişatında tərəflərin razılığı əsasında müəyyən ediləcək.
Öhdəliklər
Mətbəx daxilində gündəlik cari tapşırıqların yerinə yetirilməsində yaxından iştirak etmək;
Yemək hazırlığı prosesində aşpazın işinə dəstək göstərmək;
Mətbəxin təmizlik və gigiyena qaydalarına uyğun qaydada saxlanılmasını təmin etmək;
Zərurət yarandıqda qab-qacaqların yuyulması və təmizlənməsi prosesinə köməklik göstərmək;
Mətbəx komandası ilə əməkdaşlıq edərək digər müvafiq işləri vaxtında icra etmək.
Tələblər
İşə qarşı məsuliyyətli və çalışqan yanaşma;
Komanda daxilində səmərəli işləmək bacarığı;
Mətbəx sahəsi üzrə iş təcrübəsinin olması üstünlükdür, lakin mütləq tələb olunmur.