Outgoing Manager  - Getmə Turizm üzrə Menecer

Bakı
Tam ştat
13
0
Turizm meneceri
3 ildən 5 ilə qədər
1 000 - 1 500 ₼
İşin Təsviri
İş qrafiki: Həftədə 5 iş günü (10:00-dan 19:00-dək, şənbə və bazar günləri qeyri-iş günləridir)

Əməkhaqqı: 1000-1500 AZN + bonuslar

Tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini elektron poçt ünvanımıza göndərmələri xahiş olunur. Müraciət zamanı emailin mövzu hissəsində mütləq “Getmə Turizm üzrə Menecer” qeyd edilməlidir. Namizədlərdən zənglərə cavab vermələri xahiş olunur, yalnız ciddi maraqlı şəxslərin müraciət etməsi rica olunur.
Öhdəliklər
- Beynəlxalq tur paketlərinin tərtib edilməsi və qiymətləndirilməsi;
- Yerli və xarici tərəfdaşlarla səmərəli əlaqələrin qurulması, eləcə də işgüzar yazışmaların həyata keçirilməsi;
- Otel rezervasiyaları və müxtəlif turizm xidmətlərinin sifarişi;
- Müştərilərə viza prosesləri ilə bağlı dəstəyin göstərilməsi;
- Mövcud müştəri bazası ilə əlaqələrin idarə olunması və genişləndirilməsi;
- Tur proqramlarının icra prosesinə operativ nəzarət;
- Mövsümi tələbata uyğun olaraq yeni tur marşrutlarının təhlili və formalaşdırılması;
- Müştəri sorğularının vaxtında və dəqiq şəkildə cavablandırılması;
- Gündəlik və aylıq satış hesabatlarının tərtib olunaraq rəhbərliklə paylaşılması;
- Sınaq müddəti.
Tələblər
- Ali təhsil
- Yaş həddi: 25-40
- Turizm sektorunda, xüsusilə outgoing meneceri vəzifəsində 3-5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək vacibdir
- Kompüter proqramları ilə (MS Office, MS Outlook və s.) sərbəst işləmək bacarığı
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Tur meneceri
Bakı
Tam ştat
Tur Meneceri
Bakı
Tam ştat
Tur menecer
Bakı
Tam ştat
Turizm meneceri
Bakı
Tam ştat
Tur menecer
Bakı
SVG
SVG
SVG