Reels Maker (Content Creator)

Bakı
Tam ştat
10
0
Kopiraytinq və məzmun
1 ildən aşağı
800 - 1 000 ₼
İşin Təsviri
Əməkhaqqı qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilir;
Ofisdən davamlı şəkildə işləmək tələb olunmur;
Həftəlik çəkiliş planı və kvotalar tətbiq edilir;
Əməkhaqqı ödənişləri hazırlanan materialların həcminə uyğun olaraq hər həftə təqdim olunur;
Çəkiliş üçün zəruri olan şəxsi avadanlıqların (kamera, smartfon və s.) mövcudluğu namizədlər üçün əlavə üstünlükdür;
Əvvəlki iş nümunələrinin və ya sosial media portfolio linklərinin göndərilməsi mütləqdir.

Walkit.az haqqında:
Walkit.az Bakı şəhəri üzrə ev itlərinin peşəkar gəzdirilməsi xidmətini təklif edən innovativ startapdır. Əsas missiyamız ev heyvanlarının vaxtlı-vaxtında gəzintisini təmin etməklə, sahiblərinin gündəlik qayğılarını yüngülləşdirmək və etibarlı xidmət göstərməkdir. Əksəriyyəti tələbələrdən formalaşan komandamız, gənclərin heyvanlarla işləmək təcrübəsi qazanmasına və əlavə gəlir əldə etməsinə şərait yaradır.

Müraciət etmək arzusunda olan şəxslər CV və ya portfoliolarını "Reels Maker" mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Öhdəliklər
- Instagram və TikTok platformaları üçün Reels və digər qısa formatlı videoların hazırlanması;
- Video kontent ideyalarının formalaşdırılması və onların icrası;
- Video çəkiliş prosesinin təşkili və həyata keçirilməsi;
- Hazır videoların montaj edilməsi və sosial şəbəkə standartlarına uyğunlaşdırılması;
- Sosial media trendlərinin davamlı şəkildə izlənilməsi və hazırlanan kontentlərdə tətbiqi.
Tələblər
- Instagram və TikTok platformaları üçün maraqlı və cəlbedici video kontentlərin yaradılması;
- Yaradıcı təfəkkürə sahib olmaq və cari sosial media trendlərini daim izləmək;
- Mobil cihazlar və ya peşəkar kamera vasitəsilə yüksək keyfiyyətli videoçəkilişlər həyata keçirmək;
- Adobe Premiere Pro, CapCut, VN və müvafiq montaj proqramlarında sərbəst işləmək bacarığı;
- Məzmunun hazırlanması və montaj mərhələsində süni intellekt alətlərindən effektiv istifadə etmək;
- Konseptual ideyaları vizual olaraq dolğun və təsirli şəkildə ifadə etmək bacarığı;
- İtlərə qarşı sevgi bəsləmək və onlarla işləməkdən çəkinməmək.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
SMM/Content Creator
Bakı
Tam ştat
SMM və Kontent Menecer
Sumqayıt
Tam ştat
SMM və Video Editor
Bakı
SVG
SVG
SVG