Əməkhaqqı qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilir;
Ofisdən davamlı şəkildə işləmək tələb olunmur;
Həftəlik çəkiliş planı və kvotalar tətbiq edilir;
Əməkhaqqı ödənişləri hazırlanan materialların həcminə uyğun olaraq hər həftə təqdim olunur;
Çəkiliş üçün zəruri olan şəxsi avadanlıqların (kamera, smartfon və s.) mövcudluğu namizədlər üçün əlavə üstünlükdür;
Əvvəlki iş nümunələrinin və ya sosial media portfolio linklərinin göndərilməsi mütləqdir.
Walkit.az haqqında:
Walkit.az Bakı şəhəri üzrə ev itlərinin peşəkar gəzdirilməsi xidmətini təklif edən innovativ startapdır. Əsas missiyamız ev heyvanlarının vaxtlı-vaxtında gəzintisini təmin etməklə, sahiblərinin gündəlik qayğılarını yüngülləşdirmək və etibarlı xidmət göstərməkdir. Əksəriyyəti tələbələrdən formalaşan komandamız, gənclərin heyvanlarla işləmək təcrübəsi qazanmasına və əlavə gəlir əldə etməsinə şərait yaradır.
Müraciət etmək arzusunda olan şəxslər CV və ya portfoliolarını "Reels Maker" mövzusu ilə
[email protected] elektron ünvanına göndərə bilərlər.