Əməliyyat meneceri

Bakı
Tam ştat
0
0
Turizm meneceri
3 ildən 5 ilə qədər
550 - 1 500 ₼
İşin Təsviri
İş yeri: Bakı şəhəri (restoranlar şəbəkəsi üzrə mütəmadi ezamiyyətlərlə)

PJA MMC xidmət sahəsində beynəlxalq standartlara cavab verən və yüksək keyfiyyətli xidməti ilə seçilən bir neçə məşhur franşiza brendinin idarəedici şirkətidir. Korporativ idarəetmə prinsiplərimizə əsasən, biz hər bir brendin özünəməxsusluğunu qorumaqla yanaşı, onlara dayanıqlı operativ dəstək, mərkəzləşdirilmiş resurslar və peşəkar idarəetmə ilə xidmət göstərir və sektorun aparıcı şirkətlərindən biri kimi fəaliyyətimizi davam etdiririk.

Müraciət prosesi:
İdarəetmə bacarıqlarınıza güvənirsinizsə, strateji düşünmə qabiliyyətinə sahibsinizsə və peşəkar inkişafı hədəfləyən bir komandada yer almaq istəyirsinizsə, CV sənədinizi [email protected] elektron ünvanına göndərə bilərsiniz. E-poçtun mövzu hissəsində mütləq şəkildə Əməliyyat Meneceri qeyd olunması vacibdir.
Öhdəliklər
Restoran şəbəkəsinə daxil olan bütün məkanların gündəlik operativ iş proseslərinə nəzarət etmək və idarəetməni səmərəli təşkil etmək.

Franchisor tərəfindən tətbiq olunan Keyfiyyət, Xidmət və Təmizlik (QSC) standartlarına riayət olunmasına tam təminat vermək.

Restoran menecerlərinin işini əlaqələndirmək, onların peşəkar bacarıqlarının inkişafına şərait yaratmaq və motivasiyaedici proqramları həyata keçirmək.

Müştəri məmnuniyyətini daim yüksək səviyyədə saxlamaq, daxil olan rəyləri təhlil edərək xidmət keyfiyyətinin artırılması istiqamətində zəruri addımlar atmaq və təkliflər hazırlamaq.

Sahə üzrə mütəmadi təhlillər aparmaq, aşkar olunan nöqsanlar barədə rəhbərliyə hesabat vermək və onların aradan qaldırılması üçün effektiv həll yolları təklif etmək.

Restoranlarda iş səmərəliliyinin artırılması üçün daimi fəaliyyət göstərmək.

İş qrafiklərinin tərtib olunmasında iştirak etmək, heyətin iş keyfiyyətini qiymətləndirmək və bu sahədə aidiyyəti üzrə tövsiyələr vermək.

HACCP prinsiplərinə, habelə yerli və beynəlxalq qida təhlükəsizliyi və sanitariya qaydalarına ciddi şəkildə əməl olunmasını təmin etmək.
Tələblər
İctimai iaşə və ya restoran biznesi sahəsində ən azı 5 illik iş təcrübəsi, o cümlədən minimum 2 il çoxfiliallı şəbəkədə rəhbər vəzifədə fəaliyyət təcrübəsi

Françayzinq sistemlərinin idarə olunması prinsipləri üzrə dərin biliklər

Yüksək liderlik və effektiv ünsiyyət qabiliyyəti, böhranlı vəziyyətlərdə operativ qərar qəbul etmə bacarığı

MS Office proqramları, xüsusilə Excel üzrə peşəkar səviyyədə işləmə vərdişləri

Ezamiyyətlərə getməyə hazır olmaq
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Turizm meneceri
Bakı
Tam ştat
Tur Meneceri
Bakı
Tam ştat
Tur meneceri
Bakı
Tam ştat
Tur Meneceri
Bakı
Tam ştat
Tur menecer
Bakı
SVG
SVG
SVG