Gömrük işləri üzrə mütəxəssis təcrübəçi

Bakı
Tam ştat
9
0
Logistika meneceri
1 ildən aşağı
400 - 650 ₼
İşin Təsviri
Gömrük işləri üzrə təcrübəçi mütəxəssis (ödənişli təcrübə proqramı)

Biz nələr təklif edirik?

- Gömrük və XİF sahəsində fəaliyyət göstərən peşəkar komanda ilə birgə işləyərək real təcrübə əldə etmək fürsəti.

- Təcrübə müddətini müvəffəqiyyətlə tamamlayan iştirakçılara rəsmi sertifikatın verilməsi.

- Təcrübə proqramı ərzində yüksək potensial nümayiş etdirən şəxslərin şirkətimizdə daimi əməkdaş kimi işlə təmin olunma perspektivi.

- Müasir və xoş ofis şəraiti.
Öhdəliklər
- İqtisadiyyat, logistika, beynəlxalq münasibətlər, hüquq və ya gömrük işi ixtisasları üzrə ali təhsil (sonuncu kurs tələbələri və ya yeni məzunlar müraciət edə bilər).

- Gömrük, xarici ticarət və logistika sektorlarına böyük maraq və bu sahədə peşəkar inkişaf hədəfi.

- Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət qabiliyyəti (ingilis və ya rus dillərini bilmək əlavə üstünlükdür).

- MS Office proqramları, xüsusilə Excel üzrə ilkin bilik və bacarıqlar.

- Analitik təfəkkür, detallara diqqət yetirmək bacarığı və komanda mühitində səmərəli çalışmaq istəyi.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG