Logo Operatoru ( Outsource )

Bakı
Tam ştat
3
0
Baş mühasib
1 ildən 3 ilə qədər
600 - 1 200 ₼
İşin Təsviri
Əsas vəzifə öhdəlikləri

- LOGO ERP sistemində məlumatların daxil edilməsi, onların doğruluğuna və tamlığına nəzarət edilməsi.
- Anbar, satınalma, maliyyə və mühasibatlıq departamentləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərmək.
- Rəhbərliyin verdiyi tapşırıqları təyin olunmuş müddətdə və yüksək keyfiyyətlə icra etmək.
- İş axınlarına tam yiyələndikdən və müstəqil idarəetmə bacarığı formalaşdıqdan sonra əlavə funksional öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulur.

Namizədə dair tələblər

- İqtisadiyyat, Maliyyə, Mühasibatlıq və ya müvafiq sahələr üzrə ali və ya orta ixtisas təhsili.
- LOGO ERP proqramı, bank əməliyyatları və elektron qaimə-fakturaların hazırlanması sahəsində ən azı 3 illik peşəkar təcrübə.
- MS Excel proqramında işləmək bacarığı arzuolunandır.
- Analitik düşünmə qabiliyyəti, yüksək məsuliyyət hissi, diqqətlilik və komanda daxilində səmərəli işləmək bacarığı.

İş şərtləri

- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 - 18:00.
- Əmək qanunvericiliyinə müvafiq rəsmi qeydiyyat.
- Karyera yüksəlişi, peşəkar inkişaf və əlavə vəzifə funksiyaları üzrə perspektivlər.
- Əmək haqqı namizədin bilik və bacarıqları əsasında müsahibə zamanı razılaşdırılacaq.

Ünvan:

Ziya Bünyadov prospekti 13

Müraciət qaydası:

Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Logo Operatoru” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Öhdəliklər
Elektron qaimələrin idarə olunması

- Təqdim olunan elektron qaimələrin LOGO ERP sistemindəki mədaxil qəbzləri ilə uyğunluğunun yoxlanılması.

- Mədaxil sənədləri mövcud olduqda fakturalaşdırma prosesinin icrası.

- Elektron qaimə-fakturaların vergi orqanlarının sistemində təsdiq edilməsi.

- LOGO ERP-də uyğun mədaxil qəbzi aşkar edilmədikdə, satınalma departamenti və müvafiq mühasiblərlə birgə araşdırma aparılması.

- Malların faktiki təhvili baş vermədikdə, elektron qaimənin düzəliş məqsədilə geri göndərilməsi və aidiyyəti şəxslərin xəbərdar edilməsi.

- Elektron qaimələrin işlənmə prosesinə düzgün və vaxtında nəzarət edilməsi.

Bank və ödəniş əməliyyatları

- Təsdiq edilmiş elektron qaimələr və müvafiq hesab-fakturalar əsasında bank ödənişlərinin icra olunması.

- Bank əməliyyatlarının və ödəniş tarixçəsinin LOGO ERP proqramında müntəzəm qeydiyyatı.

- Fakturalar üzrə ödənişlərin bağlanması və debitor-kreditor borclarının daim nəzarətdə saxlanılması.

- Elektron qaimə üzrə ödənilməmiş və ya qismən icra olunmuş borcların izlənilməsi.

- Günün sonunda bank hesablarındakı qalıqlar barədə rəhbərliyə mütəmadi hesabat verilməsi.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Mühasib-operator (1C)
Bakı
Tam ştat
Mühasib-operator
Bakı
Tam ştat
Komputer operatoru
Bakı
Tam ştat
Əməliyyatçı Mühasib
Bakı
Tam ştat
Baş Mühasib
Bakı
SVG
SVG
SVG