• Kafe və restoranın bütün sahələrinin (zal, mətbəx, back zone, sanitar qovşaqlar, dəhlizlər, anbar və s.) gündəliktəmizlənməsi və səliqədə saxlanılması.
• Zal masalarının, stullarının, döşəmənin, pəncərə vəqapıların təmizliyi və dezinfeksiyası.
• Mətbəxdə istifadə olunan səthlərin, soyuducuların, rəflərinvə avadanlıqların təmizliyi və sanitariya qaydalarına uyğun saxlanılması.
• Cold room, anbar və işçi otaqlarının təmizliyinə nəzarət.
• Sanitar qovşaqların (tualet, əl yuma yerləri) mütəmadiolaraq təmizlənməsi, sabun və kağız ehtiyatlarının təminedilməsi.
• Zibil qutularının vaxtında boşaldılması və ərazilərin qoxusuz saxlanılması.
• Qabların və inventarın yuyulması (zəruri hallarda dishwasher ilə işləmə).
• Təmizlik üçün istifadə olunan bütün avadanlıqların (mop, vedrə, tozsoran və s.) təmiz və işlək vəziyyətdə saxlanılması.
• Kimyəvi təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə olunması, onların ayrıca saxlanılması.
• İş saatı ərzində kafe daxilində təmizlik standartlarına daimi nəzarət.
• Menecerin verdiyi əlavə təmizlik tapşırıqlarının vaxtında yerinə yetirilməsi.