FABRİORA GROUP MMC ölkəmizdə qabaqcıl texnologiyalardan istifadə edərək fəaliyyət göstərən, öz sahəsində ilklərdən olan istehsalat müəssisəsidir. Şirkət beynəlxalq keyfiyyət standartlarına əsaslanaraq PREDO və MİNİ BOSS brendləri adı altında uşaq bezləri, LA LUNA markası ilə isə mətbəx dəsmalları, tualet kağızları və müxtəlif salfetlər istehsal edir.
Qeyri-qida sektorunda satış, merçendayzinq və müştəri əlaqələrinin idarə edilməsi sahəsində təcrübəsi olan, nəticəyə fokuslanan Satış Təmsilçisi axtarırıq. Namizəd gündəlik və həftəlik satış hədəflərini vaxtında yerinə yetirməli, ödənişlərin toplanmasını təmin etməli və müştəri şəbəkəsini inkişaf etdirməlidir. Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması mütləqdir.
Vəzifə və şərtlər barədə məlumat:
Vəzifə: Satış təmsilçisi
Şirkət: FABRİORA GROUP MMC (MİNİ BOSS və LA LUNA brendləri)
İş rejimi: Həftənin 5 günü (Bazar ertəsi – Cümə, 09:00 – 18:00, ehtiyac yarandıqda 6-cı gün işləmə imkanı).
Əməkhaqqı: 600 AZN (net fiks maaş) və əlavə bonus qazanmaq şansı.
Təminatlar: Yanacaq, amortizasiya xərcləri, korporativ nömrə (internet paketi ilə), noutbuk və nahar xərcləri qarşılanır.
Müraciət qaydası:
E-poçtun mövzu bölməsində mütləq Satış təmsilçisi qeyd olunmalıdır.
CV-nizi
[email protected] ünvanına göndərə və ya +994 77 223 10 11 nömrəsinin WhatsApp hesabına yönləndirə bilərsiniz.