Operator

Bakı
Tam ştat
4
0
Çağrı mərkəzi operatoru
1 ildən aşağı
400 - 600 ₼
İşin Təsviri
Mobil operator sektorunda fəaliyyət göstərən komandamıza məsafədən (remote) çalışacaq yeni komanda üzvü dəvət edirik.

İş barədə məlumat:

İş rejimi: Həftə içi 5 gün, 09:00–18:00

İş formatı: Tamamilə onlayn / evdən

Əlavə qazanc imkanları:

Mütəmadi olaraq (ayda və ya iki ayda bir dəfə) 10–15 günlük kampaniya müddətləri tətbiq olunur. Bu müddətdə mövcud nömrələrlə əlaqə yaradılaraq nömrədaşıma (MNP) təkliflərinin təqdim edilməsi nəzərdə tutulur.

Sözügedən fəaliyyət əsas əmək haqqına əlavə ödəniş kimi hesablanır və uğurla tamamlanan hər nömrədaşıma üçün müvafiq bonuslar verilir.

Əməkdaşın istəyinə uyğun olaraq passiv satış prosesində iştirak imkanı da mövcuddur. LinkedIn və digər rəqəmsal platformalar vasitəsilə korporativ müştərilərin cəlb edilməsi və satışın həyata keçirilməsi əlavə qazanc imkanı yaradır.

Bonus sistemi: Nömrədaşıma və satış üzrə bonuslar, satılan tarif paketinin dəyərinə əsasən hesablanır. Satış və gəlir əldə etmə imkanları üzrə heç bir məhdudiyyət tətbiq olunmur.

Əmək haqqı:

400–600 AZN aralığında (namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı təyin edilir).

Əlavə üstünlüklər:

Nömrədaşıma prosesləri üçün bonuslar;

Satış və tarif paketləri üzrə bonuslar;

Kampaniya dövrləri üçün əlavə ödənişlər;

Passiv satışlar vasitəsilə əlavə gəlir imkanları.

Qeyd: İş prosesi tamamilə onlayn şəkildə icra olunur. Əsas vəzifə öhdəlikləri ilə yanaşı, yüksək gəlir əldə etməyi hədəfləyən əməkdaşlar üçün satış və nömrədaşıma üzrə geniş bonus imkanları mövcuddur.
Öhdəliklər
Microsoft Excel proqramı və elektron poçt ünvanları ilə işləmək bacarığı;

Kompüterdən və müxtəlif onlayn sistemlərdən sərbəst şəkildə istifadə etmək qabiliyyəti;

Sənədlərlə iş prosesində yüksək diqqətlilik və məsuliyyətli yanaşma;

Tapşırıqların icrasında dəqiqlik və operativlik;

Effektiv ünsiyyət qurma və işgüzar telefon danışıqları aparma bacarığı;

Satış sahəsində və ya mobil operator xidmətlərində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Operator
Bakı
Tam ştat
Operator
Bakı
Tam ştat
Operator
Bakı
Tam ştat
Operator
Bakı
Tam ştat
Call center-Operator
Bakı
SVG
SVG
SVG