Satış meneceri

Bakı
Tam ştat
1
0
Satış və Ticarət
1 ildən aşağı
500 - 600 ₼
İşin Təsviri
Şirkətimizin böyüyən komandasına kənd təsərrüfatı texnikasının satışı sahəsində həvəsli, ünsiyyətcil və nəticəyə hədəflənmiş Satış Meneceri axtarırıq! Əmək haqqı: 600 AZN (start) + Satışdan yüksək bonus və mükafatlar; İş qrafiki: Tam iş günü (həftədə 5 gün); İstirahət: Həftədə 2 gün; Nəqliyyat: Şirkət tərəfindən servis xidməti mövcuddur; İnkişaf: Sahə üzrə peşəkar təlimlər və karyera yüksəlişi imkanı.
Öhdəliklər
Müştəri müraciətlərini operativ cavablandırmaq və ehtiyaca uyğun texnika seçimində məsləhət vermək;

Müəyyən edilmiş satış planını yerinə yetirmək və müştəri bazasını genişləndirmək;

Traktor və digər aqrar texnikaların texniki göstəricilərini mükəmməl öyrənmək;

Satış prosesini şirkətin xidmət standartlarına uyğun yüksək səviyyədə həyata keçirmək;

Mağaza və anbardakı məhsul qalıqlarına nəzarət etmək;

Şirkətin daxili intizam qaydalarına və korporativ etikasına riayət etmək;

Şirkət əmlakının və satışdakı texnikaların qorunmasını təmin etmək.
Tələblər
Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (arzuolunandır);

Bəy namizədlər

Təcrübə: Satış sahəsində təcrübə (texnika və ya ehtiyat hissələri sahəsində təcrübə üstünlükdür);

Bacarıqlar: Yüksək ünsiyyət qurma və inandırma qabiliyyəti;

Xüsusi üstünlük: Sosial şəbəkələrdə aktivlik və canlı yayımlarda (təqdimatlarda) iştirak etmək həvəsi;

Məsuliyyətli, komandada işləməyi bacaran və stressə davamlı;

Öyrənməyə və özünü inkişaf etdirməyə meyilli.
Oxşar vakansiyalar
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı