System administratoru mütəxəssisi

Bakı
Tam ştat
4
0
Digər
1 ildən 3 ilə qədər
1 300 - 1 500 ₼
İşin Təsviri
Əmək haqqı -1300-1500 AZN (Namizədin bilik və bacarıqlarına əsasən).
Öhdəliklər
* Server və şəbəkə infrastrukturunun fasiləsiz və stabil işləməsinin təmin edilməsi;
* Windows və Linux serverlərin quraşdırılması, konfiqurasiyası və administrasiyası;
* Active Directory mühitinin idarə edilməsi (user, group, policy və s.);
* Virtual maşınların yaradılması, resursların optimallaşdırılması və monitorinqi;
* Backup və bərpa prosedurlarının icrası və mütəmadi test edilməsi;
* Təhlükəsizlik siyasətlərinin tətbiqi və patch management prosesinin icrası;
* Şəbəkə və firewall qaydalarının idarə olunması;
* Sistem problemlərinin analiz edilməsi və operativ aradan qaldırılması;
* Sistem performansının monitorinqi və optimallaşdırılması;
* Yeni sistemlərin qurulması və mövcud sistemlərin təkmilləşdirilməsi layihələrində iştirak;
* Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
* İT aktivlərinin inventarizasiyası və sənədləşməsinin aparılması.
Tələblər
* Windows Server (2016/2019/2022) və Linux (Ubuntu, CentOS, Rocky və s.) əməliyyat sistemləri üzrə inzibatçılıq səviyyəsində nəzəri və praktiki biliklər;
* Active Directory (AD DS) – User/Group management, GPO, OU strukturu, DNS, DHCP üzrə təcrübə;
* File Server, Print Server və Share permission modelləri üzrə praktiki biliklər;
* Virtualizasiya texnologiyaları – vmWare (ESXi, vCenter), VM provisioning və resurs idarəetməsi;
* Backup həlləri ilə iş təcrübəsi – Veeam və ya oxşar sistemlər (backup policy, restore, DR ssenariləri);
* Şəbəkə əsasları – TCP/IP, VLAN, Subnetting, NAT, Firewall əsasları;
* Firewall və təhlükəsizlik sistemləri – Fortigate, Sophos, Palo Alto və ya oxşar həllərlə iş təcrübəsi arzu olunandır;
* Mail sistemləri – Microsoft Exchange (on-prem və ya Online) üzrə biliklər;
* Monitoring alətləri – Zabbix, PRTG və ya oxşar sistemlərlə iş təcrübəsi;
* Loglama və audit mexanizmləri üzrə anlayış;
* Storage sistemləri (SAN/NAS) üzrə bilik və LUN idarəetməsi təcrübəsi;
* Microsoft 365 (Teams, SharePoint, OneDrive) inzibatçılığı üzrə təcrübə;
* System avadanlığlarının fiziki qurulması və ilkin qoşulmanın təmin edilməsi;

 

Bilik və bacarıqlar:
* Şəbəkə texnologiyalarının prinsiplərini bilmək 
* Distributed File System (DFS) üzrə bacarıqlar
* Şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə
* Vmware Vsphere, MS Hyper-v) texnologiyaları
* Windows Server və Linux mühitlərinin qurulması, konfiqurasiyası və idarə olunması
* Backup və restore strategiyalarının qurulması və test edilməsi
* Active Directory, Group Policy, DNS, DHCP və fayl serverlərinin administrasiyası.
Oxşar vakansiyalar
Tam ştat
Pentester mütəxəssisi
Bakı