İT üzrə məsləhətçi

Bakı
Tam ştat
3
0
Kredit mütəxəssisi
1 ildən 3 ilə qədər
600 ₼
İşin Təsviri
- VirtualBox, VMware və digər virtual server mühitlərində işləmə bacarığı  - Access Point, Router və digər şəbəkə cihazlarının iş prinsipi barədə məlumatlılıq - Bonus sistemli əmək haqqı  - İş vaxtı: həftənin 6 günü - Saat 10:00-dan 19:00-dək - Şənbə günü: saat 09.00-dan 13.00-dək - İstirahət günü: bazar - Nahar vaxtı saat 13:00-dan 14:00-dək - Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə k 138.
Öhdəliklər
- Mövcud proqram təminatlarına texniki dəstəyin göstərilməsi

- SQL Server-in quraşdırılması və SQL Management Studio-da əsas əməliyyatların yerinə yetirilməsi

- Verilənlər bazasının ehtiyat nüsxəsinin (full backup) alınması, bərpa (restore), ölçüsünün kiçildilməsi (shrink), qoşulması (attach), məlumatların idxalı/ixracı (import/export)

- Proqram təminatının şəbəkə üzərindən sabit və effektiv işləməsinin təmin olunması

- Load balancing və şəbəkə konfliktlərinin qarşısının alınması

- RJ-45 Ethernet kabel başlıqlarının vurulması

- Windows Server əməliyyat sisteminin ilkin parametrlərinin sazlanması

- SQL Server və digər proqram təminatları üçün tələb olunan Windows komponentlərinin yüklənməsi

- Windows XP/Vista/7/8/8.1/10 əməliyyat sistemlərinin yazılması

- Avadanlıq (hardware) və proqram təminatı (software) ilə bağlı problemlərin diaqnostikası və aradan qaldırılması

- Dil paketləri, antiviruslar və digər proqramların yazılması və silinməsi

- Microsoft Office proqramları üzrə orta səviyyədə bilik

- Lokal və qlobal şəbəkələrdə Remote Desktop xidmətinin bir neçə istifadəçi üçün qurulması

- Uzaqdan dəstək vasitələri (TeamViewer, Radmin, Ammy Admin, AnyDesk, Alpemix və s.) ilə texniki yardımın göstərilməsi
Tələblər
- Cins: xanım və ya bəy

- IT sahəsində geniş bilik və praktiki bacarıqlara malik olmaq

- Qısa zamanda texniki problemləri analiz edərək effektiv həllər təklif etmək

- Komanda ilə işləmək bacarığı - Məsuliyyətli və işinə peşəkar yanaşma

- Müəssisə rəhbərliyinin göstərişlərini vaxtında və düzgün şəkildə icra etmək

Dil bilikləri: - Azərbaycan dili – əla - Rus dili – sərbəst və anlaşılan danışıq - İngilis dili – texniki terminologiyanı anlama səviyyəsində.