B2B satış mütəxəssisi

Bakı
Tam ştat
0
0
Satış və Ticarət
1 ildən 3 ilə qədər
Razılaşma yolu ilə
İşin Təsviri
AGZ MMC Bakı şəhərində yerləşən və premium Avropa tikinti sistemləri və memarlıq həlləri təqdim edən şirkətdir. Şirkət GEZE, Novoferm, Hoppe, Simonswerk, RSA, Dr. Hahn, ABUS və Ultraflex Control Systems kimi aparıcı beynəlxalq istehsalçılarla əməkdaşlıq edir və müasir tikinti layihələri üçün yüksək keyfiyyətli məhsul və həllər təqdim edir.   AGZ LLC tikinti sahəsində developerlər, memarlar, dizaynerlər və podratçılarla sıx əməkdaşlıq edir. Şirkət avtomatik qapılar,  fasad sistemləri, ventilyasiya və tüstü çıxarma sistemləri, yanğına davamlı qapı-pəncərələr, arakəsmələr, eləcə də qapı-pəncərə aksesuarları və digər qabaqcıl həllər təklif edir. Yerli bazarda etibarlılığı, texniki peşəkarlığı və güclü müştəri əlaqələri ilə tanınır.   Şirkətin inkişaf strategiyasına uyğun olaraq, AGZ MMC kommersiya komandasını genişləndirir və iri həcmli layihələrdə iştirak edəcək, yüksək dəyərli B2B (B2C qismən) əməkdaşlıqları inkişaf etdirəcək təcrübəli satış mütəxəssisi axtarır.   Təklif edirik: Yüksək gəlir potensialı olan rəqabətli əməkhaqqı (sabit maaş + limitsiz bonus sistemi) Hədəflərin aşılması üçün əlavə bonuslar Premium Avropa brendləri və yüksək səviyyəli layihələrlə işləmək imkanı Böyük və texniki baxımdan mürəkkəb layihələrdə iştirak Karyera inkişafı imkanı Peşəkar və dinamik iş mühiti İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 dan–18:00 dək Ünvan: Bakı şəhəri, Salyan şossesi 14-cü km, "İpək Yolu" Gömrük Terminalı yaxınlığı   Müraciət qaydası: CV-nizi göndərin: orkhan.a@agz.az
Öhdəliklər
 

Premium tikinti sistemlərinin developerlərə, podratçılara və memarlara satışı

Tikinti sektorunda yeni biznes imkanlarının müəyyən edilməsi və inkişafı

Əsas qərarverici şəxslərlə uzunmüddətli əlaqələrin qurulması və saxlanılması

Satış prosesinin tam idarə olunması (lead mərhələsindən müqavilənin bağlanmasına qədər)

Fərdi kommersiya və texniki təkliflərin hazırlanması

Məhsul və həllərin təqdimatının keçirilməsi

Texniki komanda ilə əməkdaşlıq edərək optimal həllərin təqdim edilməsi

Bazarın izlənməsi və strateji imkanların müəyyən edilməsi
Tələblər
B2B satış sahəsində minimum 1 il iş təcrübəsi (tikinti, mühəndislik və ya tikinti materialları sahəsi üstünlükdür)

Developerlər, podratçılar, dizaynerlər və ya memarlıq şirkətləri ilə iş təcrübəsi

Orta və yüksək dəyərli müqavilələrin bağlanması üzrə uğurlu təcrübə

Güclü ünsiyyət, danışıqlar və təqdimat bacarıqları

Texniki məhsul və həlləri anlama qabiliyyəti

MS Office üzrə biliklər

Azərbaycan dilini sərbəst bilmək mütləqdir, İngilis dili danışıq səviyyədə üstünlükdür.
Oxşar vakansiyalar
Tam ştat
B2B satış meneceri
Bakı
Tam ştat
B2B Satış Meneceri
Bakı
Tam ştat
Satış meneceri (B2B)
Bakı