Müqavilə fəaliyyəti: Satış, alış, distribütor və icarə müqavilələrinin tərtibi, hüquqi ekspertizası və risklərin analizi.
Dövlət orqanları ilə iş: Vergi, DSMF və digər dövlət qurumları ilə rəsmi yazışmaların aparılması, yoxlamalar zamanı hüquqi dəstək.
Əmək münasibətləri: Əmək müqavilələrinin, daxili intizam qaydalarının və əmrlərin qanunvericiliyə uyğun hazırlanması.
İddia və məhkəmə işləri: Debitor borclar üzrə iddia məktublarının hazırlanması, məhkəmələrdə və icra proseslərində şirkətin təmsil olunması.
Korporativ sənədləşmə: Təsis sənədlərində dəyişikliklər, daxili reqlamentlərin və kommersiya sirrinin qorunması haqqında sənədlərin hazırlanması.
Lisenziyalaşma: Fəaliyyət üçün tələb olunan lisenziya, icazə və sertifikatların alınması prosesinin idarə edilməsi.