Su Şef - Aşpaz

Bakı
Tam ştat
150
0
Aşpaz, qənnadçı
5 ildən artıq
1 200 - 1 500 ₼
İşin Təsviri
Signora Cucina – 28 May filialı.
Öhdəliklər
- İtalyan mətbəxi üzrə menyunun hazırlanması.
- Müxtəlif reseptlər barədə dərin biliklərə sahib olmaq.
- Mətbəx proseslərinin düzgün idarə edilməsi və onlara mütəmadi nəzarət.
- Müştərilərə təqdim olunan yeməklərin keyfiyyətinə, dadına nəzarət edilməsi və yekun rəyin verilməsi.
- Heyətin idarə olunması: işçilərin seçimi, vəzifələrin bölgüsü, təlimləndirilməsi, qiymətləndirilməsi, iş qrafikinin planlaşdırılması, həmçinin tibbi müayinə və daxili nizam-intizam qaydalarına riayət olunmasının təmin edilməsi.
- Resepturalara, texnoloji xəritələrə, yarımfabrikat və hazır məhsul istehsalının keyfiyyət standartlarına nəzarət.
- Xammal, yarımfabrikat və digər köməkçi materialların sifarişi, qəbulu və yoxlanılması.
- Xammalın keyfiyyətinin, istifadə normalarının analizi; qalıqların, tullantıların və silinmə dərəcələrinin nəzarətdə saxlanılması.
- Qida məhsullarının saxlama şəraitinə və istifadə müddətlərinə ciddi riayət edilməsi.
- İstehsalat avadanlıqlarının və mətbəx inventarlarının təlimata uyğun istifadəsinə nəzarət.
- Anbar və material ehtiyatlarının idarə olunması, inventarizasiyanın keçirilməsi və hesabatların təqdim edilməsi.
- Növbənin təhvil-təslim prosesi; təmizlik, dezinfeksiya və sanitariya qaydalarına, eləcə də iş yerinin və avadanlıqların gigiyenasına nəzarət.
- İstehsalat göstəricilərinin analizi və fəaliyyətin daha da təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması.
Tələblər
- İtalyan mətbəxi sahəsində Su-Şef (Sous-Chef) təcrübəsi.

- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı.

- Xarici görünüşünə və şəxsi gigiyenasına qarşı tələbkar, səliqəli namizəd.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Şef aşpaz
Bakı
Tam ştat
Baş Aşpaz
Bakı
Tam ştat
Aşpaz
Zəngilan
Tam ştat
Aşpaz
Bakı
Tam ştat
Aşpaz
Bakı
SVG
SVG
SVG