HelpDesk mütəxəssisi

Bakı
Tam ştat
20
0
İT məsləhətçi / Helpdesk
1 ildən aşağı
400 - 500 ₼
İşin Təsviri
İş qrafiki: 6 günlük, saat 09:00-dan 17:00-dək.
Qeyd: İş yeri Bakıxanov (Razin) qəsəbəsində yerləşir. Yalnız bu əraziyə yaxın olan namizədlərin müraciət etməsi xahiş olunur.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “HelpDesk” qeyd etməklə göndərmələri xahiş olunur.
Öhdəliklər
- İT şöbəsinə daxil olan sorğuların qəbul edilməsi, həmçinin hardware və proqram təminatı ilə bağlı yaranan nasazlıqların diaqnostikası və həlli

- Noutbuk, masaüstü kompüter, printer və digər şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması, proqram təminatlarının yüklənməsi və texniki problemlərin operativ şəkildə aradan qaldırılması

- Kompüter şəbəkələrində baş verən nasazlıqların müəyyən edilməsi, aradan qaldırılması və şəbəkə monitorinqinin aparılması

- Şəbəkəyə inteqrasiya olunmuş kompüterlərin və məlumat bazasının təhlükəsizliyinin qorunması, sistemin fasiləsiz iş rejiminin təmin edilməsi

- Məlumatların təhlükəsizliyinin və arxivləşdirilməsinin təmin olunması, proqram təminatında yaranan çətinliklərin yerində və ya məsafədən bağlantı vasitəsilə aradan qaldırılması

- Qeyri-standart texniki vəziyyətlər üçün effektiv həll yollarının təklif edilməsi

- Birbaşa rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi
Tələblər
- Windows və MacOS əməliyyat sistemləri sahəsində nəzəri və praktiki biliklər

- Kompüterlər, noutbuklar, habelə şəbəkə və periferik avadanlıqlarla işləmək bacarığı

- Texniki nasazlıqların diaqnostikası və onların operativ şəkildə aradan qaldırılması qabiliyyəti
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG