Korporativ satış təmsilçisi

Bakı
Tam ştat
5
0
Satış üzrə mütəxəssis
3 ildən 5 ilə qədər
1 000 ₼
İşin Təsviri
Korporativ satış üzrə xanım nümayəndə

Əmək haqqı: 1000 AZN + bonuslar

İş qrafiki: Həftə içi 09:00–18:00, şənbə günləri isə 09:00–13:00 olmaqla 6 günlük iş rejimi.

Şirkət tərəfindən korporativ nömrə təqdim olunur.

Ünvan: Azadlıq metrostansiyasının yaxınlığı, Şövkət Məmmədova küçəsi 23.

Müraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində "Korporativ Satış təmsilcisi qadın" qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
Mövcud məlumat bazasının idarə olunması və yenilənməsi

Yeni potensial müştərilər üçün kommersiya təkliflərinin hazırlanması və çatdırılması

Tender proseslərində aktiv iştirak

Yeni müqavilələrin imzalanması məqsədilə müştərilərlə görüşlərin təşkil olunması və təqdimatların nümayişi

Korporativ satış istiqaməti üzrə bazarın tədqiq edilməsi

Potensial müştərilərin aşkarlanması və cəlb edilməsi strategiyasının qurulması

Müştəri bazasının yaradılması və korporativ əməkdaşlıqların inkişaf etdirilməsi

Bazar və rəqib analizi, ehtiyacların müəyyənləşdirilməsi və hesabatların hazırlanması

Müştərilərin davam edən kampaniyalar və endirimlər barədə vaxtında məlumatlandırılması

Müştərilərlə qiymət danışıqlarının aparılması və razılaşdırılması

Razılaşdırılmış satış şərtləri çərçivəsində müqavilələrin rəsmiləşdirilməsi

Satış prosesi üçün tələb olunan müqavilə və sənədlərin hazırlanması

Satışla bağlı bütün məlumatların müvafiq proqram təminatına daxil edilməsi

Davamlı əməkdaşlığı qorumaq üçün mövcud müştərilərlə münasibətlərin idarə olunması və çarpaz satış təkliflərinin irəli sürülməsi

Ödənişlərin vaxtında icrası ilə bağlı müştərilərlə danışıqların aparılması

Məhsulların daşınması və çatdırılma prosesinə nəzarət

Satış kanallarının effektivliyinin qiymətləndirilməsi və yeni satış imkanlarının yaradılması
Tələblər
Ali təhsil dərəcəsi;

Namizədlərin yaşı 25-40 aralığında olmalıdır;

Xanım namizədlərə üstünlük verilir;

Xidmət və satış sahəsində 2-3 illik iş təcrübəsi;

Azərbaycan və rus dillərində səlis ünsiyyət bacarığı mütləqdir;

Ofis proqramları (MS Word, MS Excel, MS Outlook, PowerPoint) üzrə yüksək səviyyəli biliklər;

Logo proqramı ilə işləmə bacarığı üstünlük hesab olunur;

Analitik düşünmə və sistemli iş yanaşması;

Güclü ünsiyyət qurma qabiliyyəti;

Komandada effektiv işləmək bacarığı;

İşdə dəqiqlik, məsuliyyətlilik və detallara qarşı diqqətlilik.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG